MSK partiyalara xəbərdarlıq etdi cəza tədbirləri görüləcək

MSK partiyalara xəbərdarlıq etdi


Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 2015-ci il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlanılıb.

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Modern.az saytına deyib ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu quruma təqdim etməlidir:

“Bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməlidir. Eyni zamanda, qəbul edilən maliyyə hesabatları MSK-nın internet səhifəsində yerləşdiriləcək. Bununla bağlı MSK-nın internet səhifəsində ayrıca bölmə də fəaliyyət göstərir”.

Şahin Əsədli onu da qeyd edib ki, nəzərdə tutulan müddət başa çatdığı təqdirdə sənədləri təqdim etməyən siyasi partiyalar haqqında hansı tədbirlərin görüləcəyi ilə bağlı MSK mətbuata açıqlama verəcək. Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan 51-i 2014-cü il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Naminə Alyans Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində isə hər hansı cəza tədbiri görülməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...