Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən bildirilir ki, başsağlığında deyilir: "Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...