“Erkin Qədirli parlamentin buraxılmasını istəməyənlər arasında ajiotaj yaratdı”

“Erkin Qədirli parlamentin buraxılmasını istəməyənlər arasında ajiotaj yaratdı”

“Erkin Qədirlinin dünən “TikTok” ruhunda verdiyi qısa müsahibəsi Milli Məclisin buraxılmasını istəməyən deputatlar arasında ajiotaj yaradıb. Onlar Milli Məclisin indiki tərkibinin 2025-ci ilin fevralına qədər yerində qalmasını arzulayır deyə əl-ayağa düşüblər”.

Yeniavaz.com xəbər verir ki, bunu Erkin Qədirlinin də üzv olduğu Respublikaçı Alternativ (REAL) partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

“Bu Məclisə 40-dan çox yeni üzv gətirilsə də, keçmiş dövrün siyasi avtoritetlərinin iradəsi onun tərkibində hələ zəif deyil. Millətimiz üçün çox prinsipial məqamda onun post-2020 vəziyyətinə uyğun qərarlar verəcəyinə əmin olmaq da çətindir.
Milli Məclis deputatlarının hamısı bilir ki, bu saat ölkənin bir nömrəli daxili siyasi məsələsi gözlənilən referendum və növbədənkənar seçkidir. Bu addımlar hələ keçən il atılmalı idi, Ermənistanla danışıqlardan asılı olmasa da, danışıqlarda ciddi irəliləyişdən sonra, çünki daxili siyasətdə dəyişikliklər xarici siyasət risklərini də nəzərə almalıdır. Amma Ermənistan qəflətən danışıqları ləngitməyə başladı deyə, bu islahatlar ertələndi. Ertələnmə yenidən seçilməsi çətin olacaq köhnə Milli Məclis heyətini əlbəttə sevindirdi. Doğrudur, gözlənilən daha sərbəst seçkidə indiki tərkibin ən azından üçdə biri, hələ Erkin Qədirlinin müsahibəsindən əvvəl yazdığım kimi, yenidən seçilər. Amma dünən Erkin Qədirlinin deməsi ki, heyətin xalq tərəfindən seçildiyini ancaq demokratik seçkidən sonra əminliklə demək mümkün olacaq, qeyri-müəyyənlikdə qalan üçdə ikini yerindən oynatdı. Qorxdular ki, bəlkə millət vəkilimiz anons verir. Gülüncdür”, - İ.Məmmədov bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatı Erkin Qədirli Azərbaycanda demokratik seçkilərin olmadığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...