Ümid qəsəbəsində səyyar görüş keçirilib
22 aprel 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
Qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Ümid qəsəbə sakini, 98 yaşlı sakin Cavadova Zərifə Mirağa qızı qəbula gələrək, başçı ilə şəxsən görüşmüşdür. Əhali onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan yaranan öz problemlərini rayon rəhbərinə çatdırmışdır. Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.
2318 dəfə oxundu