Putini nüvə müharibəsindən çəkindirə biləcək şəxs kimdir?

Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirmək istəyəcəyi təqdirdə Qərb ilk növbədə Çinə üz tutacaq. Onun sözlərinə görə, rəsmi Pekin Rusiya prezidenti Vladimir Putini nüvə müharibəsinə başlamağa imkan verməyəcək əsas “silahdır”.
Putini nüvə müharibəsindən çəkindirə biləcək

Modern.az xəbər verir ki, Arestoviç bunu FEYGIN LIVE YouTube kanalının efirində deyib.

O qeyd edib ki, bütün dünya “çılğın manyak”la qarşılaşdığını başa düşür. Putin hər hansı Avropa ölkəsinə zərbə endirmək əmrini versə, o zaman NATO Çindən kömək istəyəcək: "Putinin təhdidi qarşısında Qərbin üz tutacağı əsas ünvan çinlilərdir”.

Onun sözlərinə görə, Kremldə NATO ilə rəqabətdə həmişə Çinin olduğunu unudurlar. Arestoviç deyib ki, hazırda Çin lideri Şi Cinpin Putini nüvə müharibəsindən çəkindirə biləcək əsas siyasi xadimdir. O, Çinə də nüvə müharibəsinin laım olmadığını vurğulayıb.

Bununla belə, Qərbdə düşünürlər ki, Putin əvvəlki təhdidlərə baxmayaraq, Ukrayna ilə müharibədə artıq nüvə silahından istifadə etməyəcək. Nüvə zərbəsinə yalnız “dövlətin mövcudluğuna təhlükə yaranarsa” əl atıla bilər. Bunu Amerikanın PBS telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukraynada nüvə silahından istifadə etmək üçün heç bir səbəb yoxdur. Heç kim nüvə silahından istifadəni, hətta ondan istifadə ideyasını da düşünmür". Peskov bildirib.

Rusiya Federasiyasının nüvə doktrinasından danışan Peskov xatırladıb ki, Rusiya “nüvə silahından yalnız ölkənin mövcudluğuna olan təhlükəni aradan qaldırmaq lazım olduqda istifadə edə bilər və istifadə edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...