İyirmi səkkiz ailə səksəkə içində: Pənah gətirdikləri bina hər an uça bilər - VİDEO

İyirmi səkkiz ailə səksəkə içində:
Dördmərtəbəli yataqxana binasını kənardan seyr etdikdə nəmişliyi, sökük pəncərələri, hətta müxtəlif hissələrdə bitən əncir ağaclarını da görmək mümkündür.

Söhbət Mingəçevir şəhəri Heydər Əliyev prospekti 86/1 ünvanından gedir.

Təxminən 60-70 il öncə inşa edilən bina əvvəllər toxuculuq kombinatının, daha sonra 69 saylı peşə məktəbinin yataqxanası olub.

1993-cü ildən isə burada Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarından məcburi köçkün olan sakinlər məskunlaşıblar.

Sözügedən binada 50 qaçqın ailəsi qeydiyyatda olsa da, hazırda 28 ailə yaşayır. Zirzəmiyə dolan çirkab sular, binadan qopub düşən kərpic, beton parçalar yataqxanada yaşayanları ciddi narahat edir. Onlar binanın hər an uçmaq təhlükəsindən qorxurlar.

Qeyd edək ki, mövcud problemlə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirən olmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə həmin yataqxana binasının Komitənin balansında olmadığı bildirilib.

Daha ətraflı Baku TV-nin süjetində:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...