Naxçıvanda məktəbdə baş verən qəza ilə bağlı AÇIQLAMA

Naxçıvanda məktəbdə baş verən qəza ilə bağlı
Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir, məlumatda deyilir:

"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1018 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...