Qırmızı Bazarda atışma iddiasına Müdafiə Nazirliyindən REAKSİYA

Qırmızı Bazarda atışma iddiasına Müdafiə Nazirliyindən

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Gundeminfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.

Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...