Xəstə anası üçün gələn təcili yardım işçilərini TƏHQİR ETDİ

Xəstə anası üçün gələn təcili yardım işçilərini

Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət ediblər. Lakin o, polis əməkdaşlarına tabesizlik göstərib.

S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...