Rusiya XİN azərbaycanlı məcburi köçkünlərin Xankəndinə qayıdışını şərh edib

Rusiya XİN azərbaycanlı məcburi köçkünlərin Xankəndinə qayıdışını şərh edib
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi İrəvanın azərbaycanlı məcburi köçkünlərin Qarabağın dağlıq hissəsinə qayıtması prosesinə dəstək barədə və onların Xankəndi və Qarabağın dağlıq hissəsindəki kəndlərdə yaşamaq hüququna etiraz etməyəcəyi vədi ilə bağlı bəyanatına münasibət bildirib.

Rusiya XİN rəsmisi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı xatırladıb.

Zaxarova ona ünvanlanmış suala cavab olaraq qeyd edib ki, bu, üç ölkə liderinin imzaladığı 9 noyabr 2020-ci il tarixli bəyanatda öz əksini tapıb.

“Bəyanatın 7-ci bəndindən birbaşa sitat: “Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”. Buna əlavə edəcək bir şey yoxdur”, – XİN rəsmisi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...