Virtual lotereyaya dair tələblər müəyyənləşib

Virtual lotereyaya dair tələblər müəyyənləşib
“Lotereyalar haqqında” qanuna “virtual lotereya” anlayışı daxil edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, virtual lotereya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və ya mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və ya kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.

Virtual satıcı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən yalnız idman mərc oyunlarının operatorunun əmtəə nişanından istifadə edərək onun təşkil etdiyi idman mərc oyunlarının satışını həyata keçirən və idman mərc oyunlarının iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri virtual mühit vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi şəxsdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...