"Araz"ı kim ən ucuz market seçdi? - Dövlət Xidməti araşdırmaya başladı

"Araz"ı kim ən ucuz market seçdi? -
“Business İnsight” şirkətinin “Araz Supermarketlər” şəbəkəsini Yeni il ərəfəsində ən ucuz market elan etməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu sahədə araşdırma aparmasına səbəb olub.

Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, bir sıra KİV-lər adı çəkilən tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması reklam xarakterli məlumat yayımlayıb.

“Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir”, dövlət qurumu bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...