Fevralın 15-dək bütün vaksin sertifikatları keçərlidir, sonra buster doza vurulmalıdır - XƏBƏRDARLIQ

Fevralın 15-dək bütün vaksin sertifikatları keçərlidir, sonra buster doza vurulmalıdır  -

“Buster dozanın vurulması ciddi tövsiyə edilir”.

Oxu.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, artıq ölkədə 1 milyon 200 mindən çox vətəndaş buster doza alıb:

“Qeyd etdiyim kimi ikinci dozadan sonra qoruyucu immunitetin azalmasını nəzərə alaraq, buster dozanın vurulması önəmlidir və tövsiyə edilir”.

Ş.Mövsümov onu da əlavə edib ki, fevralın 15-dən ikinci dozadan 6 ay sonra üçüncü doza vaksin vurulmalıdır:

“İkinci dozadan 6 ay keçdikdən sonra COVID-19 sertifikatı əhəmiyyətini itirəcək. Müəyyən yerlərə artıq COVID-19 pasportu ilə giriş mümkündür. Fevral ayının 15 nə qədər bütün vaksin sertifikatları keçərlidir, lakin 15 fevral tarixindən sonra vaksin sertifikatlarının əhəmiyyəti itəcək. Buna görə də vətəndaşların bu məsələyə diqqətli olmaları xahiş olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...