Türkiyədə gənc qız üzünə “kislota” tökən sevgilisi ilə evlənib

Türkiyədə gənc qız üzünə “kislota” tökən sevgilisi ilə evlənib

Türkiyədə qadın üzünə “kislota” tökərək onu az qala kor və eybəcər hala salan kişi ilə ailə həyatı qurub.

“Report” xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

2019-cu ildə Kazım Seltikin sevgilisi Berfin Özekdən qisas almaq məqsədi ilə onun üzünə “kilsota” töküb. Nəticədə gənc qızın siması tanınmaz hala düşüb, gözünün biri kor olub. Hücum edən şəxs isə həbs edilib.

Daha sonra mətbuatda yayılan xəbərlərə görə, Kazım Berfinə sevgi məktubları yazaraq onu bağışlamasını xahiş edib. Özek isə məktubların qarşılığında polisdən şikayətini geri götürüb.

Sosial şəbəkədə qızın “Onun dörd divar arasında olması məni narahat edir. Mən onu çox sevirəm, o da məni” yazması istifadəçilər tərəfindən pislənir. Nəticədə o, fikrindən daşınaraq vəkil vasitəsilə ərizəni geri götürür. Nəticədə Kazım Seltekin 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bununla belə, 2021-ci ildə Seltik şərti azadlığa buraxılır və Berfinlə evlənir. Cütlük sosial şəbəkələrdə aktiv şəkildə tənqid olunur, lakin yeni evlənənlər buna əhəmiyyət vermirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...