Müdafiə naziri təlimləri müsbət qiymətləndirib, tapşırıqlar verib

Müdafiə naziri təlimləri müsbət qiymətləndirib, tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirədə qoşunlarda keçirilən təlimləri müsbət qiymətləndirib.

Bu barədə GUNDEMİNFO.AZ Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar tapşırıq verib.

Qış dövrü ilə əlaqədar bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması və tibbi təminatının gücləndirilməsinə xüsusi diqqət yetirilməsi, hərbi qulluqçuların isti geyim və yeməklərlə vaxtında təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...