Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib

Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib

Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə Gundeminfo.az Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...