Qaradağda dəyirmi masa - “Azərbaycan son 18 ildə”

Qaradağda dəyirmi masa -
22 dekabr 2021-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü, 91-lərdən Tahir Məmmədov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın Cənubi Qafqaz regionunda bu gün əsas söz sahibi olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanda qlobal lahiyələr reallaşır, müdafiə potensialı güclənir, beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənir, elm-təhsildə yeni informasiya texnologiyaları tətbiq olunur. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi dövlət quruculuğu yolunda uğurlu addımlar atan ölkəmiz dünyanın həlledici subyektləri sırasındadır. Uğurların nəticəsi olaraq, xalqımız dördüncü dəfə öz taleyini cənab İlham Əliyevə etibar etdiyini bildirdi. Son 18 ildə ölkədə güclü siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, qeyri-neft sektoru genişləndirilir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır. Tikinti-quruculuq işləri davam etdirilir, silsilə tədbirlər keçirilir, ordu quruculuğu ölkəmizin müdafiə qüdrətini artırır. Milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, paytaxtımız mötəbər beynəlxalq məclislərin mərkəzi hesab olunur, konfranslara ev sahibliyi edir. Prezidentimizin Qaradağ rayonuna həmişə səmimi münasibətini vurğulayaq onun siyasi fəaliyyətinin rayonumuzdan başladığını və buradan Milli Məclisə deputat seçildiyini, eyni zamanda 18 ildə rayonumuza 45 dəfə səfər etdiyini diqqətə çatdırdı.

Millət vəkili Aydın Hüseynov çıxışında qeyd etdi ki, nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyev qoymuş, onun uzaqgörən siyasi xətti respublikamızı ağır sınaqlardan çıxarmış, milli dövlətimizi məhv olmaq təhlükəsindən xilas etmişdir. Ağır zəhməti və gərgin əməyi sayəsində yaranmış sabit mühit və tərəqqiyə gedən yol layiqli varis İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla daha da genişlənir və inkişaf etdirilir. Çıxışına davam edərə, prezidentimizin sayəsində ölkəmizdə inkişaf etdirilən iqtisadi islahatlardan geniş bəhs etdi.

Millət vəkili Səbinə Xasayeva isə bildirdi ki, İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nında gənclərə dövlət qayğısının artırılmasını təmin edir. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin, milli-mənəvi dəyərlərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyir. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.

YAP Veteranlar Şurasının üzvü, 91-lərdən Tahir Məmmədov çıxışında cənab prezidentin Brüssel görüşlərindən bəhs edərək 44 günlük Vətən Müharibəsində hərbi qələbənin davamı olaraq siyasi qələbənin də əldə olunduğunu vurğuladı.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev son 18 ildə Azərbaycanın xarici siyasətdə əldə etdiyi nəaliyyətlərdən ətraflı danışdı.

Növbəti çıxış edən İdarə rəisi Samir Həsənov rəhbərimizin prezidentlik dövrünü dönməz iradə, tükənməz enerji və şərəflə davam etdiyindən söz açdı. Verdiyi vədlərin hamısına peşəkarlıqla əməl etdiyini, möhkəm məntiqə söykənən idarəçilik fəaliyyətinin, hərtərəfli, böyük təcrübəsi və xeyirxah əməllərinin onun əzmkar bir siyasi lider olmasını diqqətə çatdırdı. Güc strukturlarının təkmilləşməsində, ordunun müdafiə qüdrətinin artırılmasında gördüyü böyük işlərdən bəhs etdi.

Tədbiri rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov yekunlaşdıraraq tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Qaradağda dəyirmi masa -
Qaradağda dəyirmi masa -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...