DİM qəbul imtahanlarında Vətən müharibəsindən düşəcək materialı təqdim edib
Dövlət İmtahan Mərkəzi Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yenilənmiş məqaləni təqdim edib.
DİM-dən APA-ya verilən xəbərə görə, Vətən müharibəsinə dair 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq ola bilər.
Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.
Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.
556 dəfə oxundu