Qırmızı Xaç Komitəsinin nümayəndələri Saleh Rüstəmli ilə görüşdü
Qırmızı Xaç Komitəsinin nümayəndələri həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli ilə görüşüb.
GUNDEMİNFO.AZ "qafqazinfo"ya istinadla xəbər verir ki, görüş zamanı Komitənin həkim nümayəndəsi S.Rüstəmlini müayinə edib. Müayinə zamanı onun səhhətində fəsadlar olduğu müəyyən edilib. Məlumata görə, S.Rüstəmli hələ ki, yemək yeyə bilmir. Qidanı maye şəklində qəbul edir, su və çay içə bilir.
Qeyd edək ki, Saleh Rüstəmli I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs edilib. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.
Həbsinə etiraz olaraq 41 gün aclıq aksiyası keçirən S.Rüstəmli ötən gün yaxınlarının təkidlərindən sonra qida qəbul etməyə başlayıb.
790 dəfə oxundu