İqtisadiyyat Nazirliyi “İrşad Electronics”i səhv çıxardı: “Haqqınız yoxdur”
“İrşad Electronics”in Nazirlər Kabinetinin qərarını pozmasına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reaksiya verib.
Bu barədə Teleqraf.com-a adıçəkilən mağaza tərəfindən hüquqları pozulan şikayətçi Elmin Həsənov məlumat verib.
Şikayətçi bildirib ki, “İrşad Electronics”də üzləşdiyi problemə şirkət reaksiya göstərməsə də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ona zəng olunub:
“Teleqraf.com-da yayımlanan xəbərdən sonra Dövlət Xidmətinə elektron poçt vasitəsilə məlumat verdim. İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmisi dünən axşam da, bu gün də mənə zəng etdi. Məsələ barədə onları ətraflı məlumatlandırdım. Qurum rəsmisi iddiamı haqlı hesab etdiyini bildirdi. Artıq şikayətimin araşdırılması üçün bir işçi də ayrılıb.
Dövlət Xidməti “İrşad Electronics”lə şifahi şəkildə danışıb və məsələni ətraflı araşdırıb mənə məlumat verəcək. Qurum rəsmisi dedi ki, “İrşad Electronics”in iddia etdiyi kimi, ətçəkən maşının gigiyenik məhsul olması məsələsi tamam absurd fikirdir və onların bunu deməyə haqlarının olmadığını da söylədi”.
Məlumat üçün qeyd edək ki, Elmin Həsənovun oktyabrda “İrşad Electronics”in Masallı filialından 290 manata aldığı ətçəkən maşın qüsurlu çıxıb. Müştəri məhsulu qaytarmaq məqsədilə mağazaya getsə də, “İrşad Electronics”in əməkdaşı avadanlığın gigiyenik məhsul olduğunu və istifadə edildiyini əsas gətirərək qaytarmaqdan imtina edib.
Maraqlıdır, istifadə etmədən malın problemli olduğunu necə bilmək olar?!
Dünənki yazımızda ətçəkən maşının gigiyenik məhsul olub-olmamasına aydınlıq gətirmişdik. Nazirlər Kabineti tərəfindən təsdiqlənən bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bura qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.
Siyahıdan da göründüyü kimi, buraya “İrşad Electronics”in uydurduğu ətçəkən maşın daxil deyil.
633 dəfə oxundu