Masazırda şəhid İsmayıl Qasımovun il mərasimi keçirildi

Masazırda şəhid İsmayıl Qasımovun il mərasimi keçirildi


Ölkəmizin bütövlüyü uğrunda silaha salıralaraq qəhrəmancasına döyüşən, öz canını vətəninə qurban verən gizir Qasımov İsmayıl Sadıq oğlunun il mərasimi keçirilib. İl mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

Masazırda şəhid İsmayıl Qasımovun il mərasimi keçirildi
Masazırda şəhid İsmayıl Qasımovun il mərasimi keçirildi
Masazırda şəhid İsmayıl Qasımovun il mərasimi keçirildi


RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.

Allah bütün şəhidlərimizi rəhmət eləsin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...