Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxılıb

Helikopter qəzasında xəsarət alan hərbçilər evə buraxılıb
Noyabrın 30-da Qaraheybətdə aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində müalicələrini davam etdirirlər.

Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...