DYP əməkdaşı avtomobili təqib edərkən qəza törədib?

DYP əməkdaşı avtomobili təqib edərkən qəza törədib?
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis Xidməti (DYP) bölməsinin əməkdaşı, polis kapitanı İlkin Əhmədov xidməti avtomobillə qəza törədib.

O, yüksək sürətlə hərəkətdə olarkən, VAZ-2106 markalı avtomobillə toqquşub.

İddia edilib ki, İ.Əhmədov hadisəni digər bir avtomobili təqib edərkən törədib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11:00 radələrində baş verib:

“Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan RPŞ-in DYP-nin Yol Patrul Xidmətinin əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib”.

Qeyd edilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...