Tərtər İcra Hakimiyyətindən açıqlama

Tərtər İcra Hakimiyyətindən açıqlama

Bəzi saytlarda Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ramiz Şabanovun işdən azad olunması ilə bağlı yalnış informasiyalar verilir. Bununla bağlı bildiririk ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Ramiz Şabanov dövlət qulluğunda çalışmağının son yaş həddinə çatdığı üçün öz ərizəsinə əsasən işdən azad edilmişdir.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fizuli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov isə hazırda öz vəzifələrində çalışırlar.

Əlavə olaraq bildiririk ki, yazı müəllifləri Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratsa düzgün məlumat əldə edərək oxucularına yalnış informasiya verməzdi.

Tərtər Rayon İcra Hakimiyyəti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...