“Orqan köçürmə əməliyyatları uğurla aparılır”

“Orqan köçürmə əməliyyatları uğurla aparılır”


Bu ilin doqquz ayı ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı keçirmiş 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, ölkə xəstəxanalarında mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. “İlin əvvəlindən 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib”, - nazir qeyd edib. Respublika Talassemiya Mərkəzinə 2015-ci ildə 15 mindən çox müraciət olub. “Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. Artıq Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb”, - O.Şirəliyev bildirib.

Nazirin sözlərinə görə, iyunun 1-dən ölkədə nikaha daxil olan hər kəs tibbi müayinədən keçir. Ötən 4 ay ərzində 52 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında başqa xəstəliklərlə yanaşı, 3730 nəfər talassemiya daşıyıcısı aşkar edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...