“Qlobal maliyyə böhranı Azərbaycana iqtisadiyyatını şaxələndirmək üçün gözəl imkan yaradır”

“Qlobal maliyyə böhranı Azərbaycana iqtisadiyyatını şaxələndirmək üçün gözəl imkan yaradır”

“Dünyada baş verən qlobal maliyyə böhranı Azərbaycan üçün bir çox imkanlar yaradır”. “APA-Economics”in verdiyi xəbərə görə, bunu Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində yekun mətbuat konfransında deyib.

T. Nakaonun sözlərinə görə, maliyyə böhranı ilə yanaşı, dünya bazarında neftin qiymətinin aşağı düşməsi də bir çox fürsətlərdən yararlanmaq üçün gözəl şansdır: “Bildiyiniz kimi, Azərbaycanda ixracın 95%-ni neft təşkil edir. Əlbəttə ki, neft qiymətlərinin aşağı düşməsi ölkə üçün bir çağırışdır. Bu, tədiyyə balansına, büdcə gəlirlərinə mənfi təsir göstərə bilər. Bununla yanaşı, artım tempi də aşağı düşə bilər. Mən bunu çağırış kimi qəbul edirəm. Lakin nəzərə alsaq ki, hökumət aqrobiznes, kənd təsərrüfatı, kosmik sənaye, İKT və digər sahələrin iqtisadiyyatda xüsusi çəkisini artırmağa çalışır, o zaman neft qiymətlərinin aşağı düşməsi iqtisadiyyatın şaxələndirilməsi üçün çox gözəl şans ola bilər. Mən ümid edirəm ki, Azərbaycan kimi ölkələr bu fürsətdən yararlanaraq öz iqtisadiyyatlarını şaxələndirmək imkanından istifadə edəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...