Rövnəq Abdullayev: "2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir"

Rövnəq Abdullayev: "2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir"


2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: "Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...