BDU-nun önü açılır

BDU-nun önü açılır

Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısındakı Bəxtiyar Vahabzadə küçəsində görülən təmir işləri may ayının ortalarınadək başa çatacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, adıçəkilən yolda görülən işlər 10 günə, maksimum iki həftəyə yekunlaşmalıdır: “Küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək 820 m boyu 3200 kv.m. ərazidə cari və əsaslı, 7800 kv.m. hissəsində isə orta təmir işləri görülür. Küçədə yol yatağı ilə bağlı əsas işlər görülüb. Yaxın günlərdə yolun aslaft-beton örtüyünün döşənməsinə başlanılacaq. İşlər tam olaraq may ayının ortasındək başa çatdırılacaq və yol nəqliyyatın və piyadaların hərəkəti üçün tam açıq olacaq”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) əsas girişi də məhz bu küçədə yerləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...