Ər onunla olmaq istəməyən arvadını zorlaya bilərmi? – Hacı Şahindən AÇIQLAMA

Ər onunla olmaq istəməyən arvadını zorlaya bilərmi? –

Malaziyanın müftisi Harussani Zakarianın “Ər arvadına onunla münasibət qurmasa zorlaya, güc tətbiq edə bilər” fətvası geniş müzakirəyə səbəb olub. Belə ki, Malaziya müftisi ərin lazım gəldiyi vaxt qadına zor tədbiq etməsinin normal olduğunu dilə gətirib.

Sözügedən fətva ilə bağlı azxeber.com-a danışan Məşədi Dadaş məscidinın axundu Hacı Şahin Həsənli “Qurani-Kərim”də bu barədə ayələrin olduğunu, amma bu ayələrdə zorlama sözünün işlədilmədiyini bildirib:

““Qurani-kərimdə” bu barədə bəzi ayələr var. Ümumiyyətlə onu deyim ki, ərəb dili zəngin dil olduğu üçün bir çox din xadimləri bu ayələri öz dillərinə tərcümə edəndə oradan başqa mənalar çıxa bilir. Ayədə göstərilir ki, əgər evli cütlüyün arasında problem varsa və qadın öz əri ilə cinsi münasibətə girmirsə burada zor tədbiq etmək yox, tənbeh etmək məqbul sayılır. Əgər evli cütlüklər arasında hansısa anlaşma yoxdursa fərqli üsullardan istifadə etmək olar . Ancaq İslam dini zorakılığın əleyhinədir və bu məsələdə də kişinin öz həyat yoldaşını zorlamasına qarşıdır”

Hacı Şahin türkiyəli yazıçı Nureddin Yıldızın din xadimlərinə müraciət edərək dar cins şalvar geyinən qadınların kafir adlandırılmasını tələb etməsi ilə bağlı bəyanatına da münasibət bildirib. O, İslam dinində qadınların geyim tərzi ilə bağlı qaydaların olduğunu söyləyib:

“Din qadınlara örtünməni vacib buyurub. Burada konkret geyim forması nəzərdə tutulmur. Dinimiz həddindən artıq dar, qarşı cinsin marağını cəlb edəcək paltarların geyinilməsini məqbul saymır. Bu dinimzdə günah sayılır. İslam dinində qadınların özünəməxsus geyim tərzləri müəyyən edilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...