SOCAR Türkiyədə yanacaqdoldurma məntəqələri alır

SOCAR Türkiyədə yanacaqdoldurma məntəqələri alır

Bu barədə Türkiyə mediası xəbər yayıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın “Total” şirkətinə məxsus olan Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini ala bilər. "APA-Economics"in xəbərinə görə, bu barədə Aktifmedya.com xəbər portalı yazır. Portalın yazdığına görə, bu günlərdə "Total" rəsmən Türkiyənin YDM bazarından gedəcəyini bəyan edib. Türkiyənin YDM bazarının həcmi 80 milyard Türk lirəsi həcmində ölçülür. "Total" bazarda payı 5,3% təşkil edir.

Nəşr iddia edir ki, "Total"ın YDM məntəqələrini almaq istəyənlər sırasında SOCAR və BP kimi şirkətlər var. SOCAR-dan sözügedən məsələyə münasibət bildirilmədi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...