Qarlı-şaxtalı günlər başlayır: 4 dövlət qurumu “qışa hazırıq” dedi

Qarlı-şaxtalı günlər başlayır:

Son günlər havaların kəskin soyuması dövlət qurumlarının qışa hazırlıq məsələsini gündəmə gətirib. "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bununla bağlı AzVision.az-a bildirib ki, qarşıdakı günlərdə paytaxt və bölgələrdə elektriklə bağlı hər hansı problem yaşanmayacaq.

“Biz qışa hazırlıq sözünü artıq unudmuşuq. Hər an işlər görülür, köhnə kabellər yeniləri ilə əvəz edilir. Hansı fəsil olmasından asılı olmayaraq, bizim missiyamız istehlakçıkarı 24 saat fasiləliz elektrik enerjisi ilə təhciz etməkdir. Qışın sərt keçməsinə baxmayaraq, elektriklə bağlı hər hansı problem olmayacaq”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, Bakı şəhərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlər davam edir.

“Payız-qış mövsümündə əsasən yağış-kanalizasiya ilə bağlı problem yaşana bilir. Hazırlıqlarımız davam edir. Kanalizasiya xətlərinin və quyularının, yağış barmaqlıqlarının təmizlənməsi işləri mütəmadi olaraq davam edir, payız aylarında bu işlər daha intensiv həyata keçirilir. Həmçinin subasma ehtimalı olan 13 ünvanda işlər həyata keçirilir və artıq bunların səkkizində işlər bitib. 5 ünvanda - Ziya Bünyadov prospekti, yəni Dərnəgül yolu, Sabunçu, Xətai və Yasamal rayonları ərazisində işlər davam etdirilir. İşlər bir ay ərzində yekunlaşacaq. Bu da öz növbəsində həmin ərazilərdə yağış və qurunt sularının qarşısını almağa imkan verəcək. Bir sözlə, deyə bilərik ki, “Azərsu” ASC payız-qış mövsümünə hazırdır və qarşıdakı aylarda əməkdaşlarımız daha səylə çalışacaqlar”.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli vurğulayıb ki, hazırda payız-qış mövsümü ilə əlaqədar hazırlıqlar görülür. “Hazırlıqlara oktyabr ayından start verilir və qış mövsümü üçün artıq duz-qum ehtiyatının toplanmasına başlanılır. Payız mövsümündə isə yağışların çox yağması müəyyən çətinliklər yaradır. Yollarda, yol qurğularında olan problemlərin aradan qaldırılması, təmir işləri və s. kompleks şəklində tədbirlər planına salınır və həyata keçirilir ki, hər hansı problem yaşanmasın. Tam olaraq 100 faizli təbii hadisədən sığortalanmaq mümkün deyil. Ən azından o hadisənin səbəblərinin minuma endirilməsindən danışırıq. Heç kim təbiət hadisəsindən sığortalanmayıb. Hər ehtimala qarşı işlərimizi görürük ki, təbiət hadisələrinin fəsadlarını minuma endirək”.

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin sözlərinə görə, 2017/208-ci il payız-qış mövsümündə istehlakçıların dayanıqlı qaz təhcizatənın təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təhcizatının fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Tədbirlə Proqramı işlənib hazırlanıb.

“Bu plana uyğun olaraq cari ilin 8 ayı ərzində qaz xətləri təmir edilib, yeni qaz xətləri çəkilib. Payız-qız mövsümünə hazırlıq may ayından başlanılıb, hazırda davam etdirilir. Təmir olunmuş qaz xətləri dayaqlar üzərinə qaldırılır. Təlabat artıqca təbii qazın verilişində də artım olur. Sentyabrın 29-da təbii qazın təhcizatında 570 min kubmetr sərfiyyatda artım müşahidə edilib. Bu da ötən günlərlə müqayisədə təbii qaza təlabatın artması ilə əlaqədardır. “Azəriqaz” İstehsal Birliyinin təmir-tikinti idarəsinin işçi heyəti lazimiavadanlıq, maşın, müexanizmlə tam təhciz olunub. Qaz təhicatında hər hansı problem, qəza yaşanarsa anında bərpa ediləcək. Kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər həyata keçirilir. O cümlədən hündürmətəbəli binalarda qazın açılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsində abonentlərimizin sayı 2 milyon 60 mindən artıqdır. Bütün istehlakçılardan təbii qazdan istuifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına riayyət etmələrini xahiş edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...