Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək - "SOCAR Trading"

Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək -

"Dünya birjalarında neftin qiyməti uzun müddət ərzində 40-60 dollar dəhlizində dəyişəcək". "APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.

"Barrel üçün 40-60 dollar - günümüzün yeni reallığıdır. Qlobal istehsalçılar bunu qəbul etməlidirlər", - deyə icraçı direktor qeyd edib. Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,69% artaraq 52,24 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,58% artaraq 58,78 dollar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...