Xırdalanda tikinti biabırçılığı: “Maklerlər”in 4 ev əməliyyatı – FOTO

Xırdalanda tikinti biabırçılığı:

Abşeron rayonu Xırdalan şəhəri, Sumqayıt yolu üstündə tikilən evlər, yaxınlıqda evi olan mülk sahibinin narazılığına səbəb olub.

Bu barədə BakuPost.az-a 22-ci məhəllədə yerləşən 10 "A" saylı evin mülkiyyətçisi Naib Mirzəyevin nümayəndəsi məlumat verib. Bildirib ki, İlham adlı şəxs "makler” Zaman adlı şəxslə birləşərək Naib Mirzəyevin evinə yaxın 4 fərdi yaşayış evi tikib. Qanunsuz olan isə tikilən evlərlə şikayətçinin evi arasında lazımi məsafənin saxlanılmamasıdır. Mülkiyyətçinin nümayəndəsi qeyd edib ki, tikintilər gecə vaxtı icra edilməklə qısa zaman ərzində satış üçün inşa edilib. O, torpaq sahələri arasındakı hasarların qəfildən söküldüyünü və avtomobil üçün heç bir çıxışın qoyulmadığını vurğulayıb: "Hazırda İlham adlı şəxslə maklerlik fəaliyyəti ilə məşğul olan Zaman adlı şəxs birləşərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarını kobud şəkildə pozmaqla heç bir dəmir-beton kəmər və dayaq quraşdırılmadan hündürlüyü 7 metrə yaxın olan, evlər arası və qonşu hasarla məsafə saxlanılmadan bir-birinə bitişik olan 4 ədəd fərdi yaşayış evi qanunsuz olaraq tikinti işləri gecə vaxtı icra edilməklə qısa müddət ərzində satış üçün inşa edilib. Həmin evlər inşa edilərkən İlham və Zaman tərəfindən nümayəndəsi olduğum şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə İlham adlı şəxs tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsi arasındakı olan hasar qəfildən sökülüb və həmin yerdə satış üçün inşa edilən 4 ədəd fərdi yaşayış evinin darvazaları nümayəndəsi olduğum şəxsin mülkiyyətində olan evin həyətinə gizlicə quraşdırılıb”.

Şikayətçi bu barədə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya şikayət ərizəsi ünvanlayıb. Şikayətdə sözügedən şəxslər barəsində tədbir görülməsi xahiş edilib: "Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan özbaşına tikilməsini və həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olmamasını nəzərə alıb, İlham və Zaman adlı şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri üçün və həmin tikililərin sökülməsinin, mövcud hasarın bərpasının təmin edilməsi üçün qanuni tədbirlər görməyinizi xahiş edirəm”.
Xırdalanda tikinti biabırçılığı:
Xırdalanda tikinti biabırçılığı:
Xırdalanda tikinti biabırçılığı:

Maraqlıdır ki, Abşeronun ən ucqar, gözdən-könüldən uzaq yerlərində belə, icazəsiz və ya qanunsuz balaca bir inşaat işi aparılarkən İcra Hakimiyyətinin "dağıdıcı dəstəsi” hücum çəkdiyi halda, nə əcəb Xırdalanın mərkəzindəki bu 4 hündür evi heç kim görməyib?

Məsələ ilə bağlı dəfələrlə İcra Hakimiyyətilə əlaqə saxlasaq da, səlahiyyətli şəxslərlə danışmaq mümkün olmadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...