Deputatların xanımlarına diplomatik pasport verilsin - TƏKLİF

Deputatların xanımlarına diplomatik pasport verilsin -


Milli Məclisin iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə olunub.

Modern.az xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Bundan başqa "Azərbaycan Hökuməti ilə Latviya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" saziş də təsdiq edilib. Həmçinin "Diplomatik xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə layihə də səsə qoyulub və qəbul edilib. "Pasportlar haqqında" qanuna dəyişiklik də qəbul olunub. Qeyd edək ki, müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev maraqlı təklif səsləndirib. O deyib ki, deputatların xanımlarına diplomatik pasport verilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...