Qasırğa planları dəyişdi - Prezident seçkiləri təxirə salındı

 Qasırğa planları dəyişdi -


“Metyu” qasırğasına görə Haitinin hakimiyyət orqanları oktyabrın 9-na təyin edilmiş prezident seçkilərini başqa vaxta keçirmək qərarına gəliblər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, seçkilərin yeni tarixi oktyabrın 12-dən gec olmayaraq elan ediləcək.

Küləyin sürəti saatda 230 metrə çatan “Metyu” qasırğası artıq Haiti, Dominikan, Yamayka və Kubanı tərk edərək Baham adalarına yetişib. Karib dənizi hövzəsində həlak olanların ümumi sayı 26 nəfərə çatıb.

Haitidə isə 23 nəfər "Metyu" qasırğasının qurbanı olub, 3 nəfər isə itkin düşüb. Qurbanların sayının artacağı ehtima edilir. Hakimiyyət fəalkət bölgəsindən 21 nəfəri təxliyə edib. İlkin məlumata görə, 3 mindən artıq ev dağılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...