Naxçıvandan iğdırlıların “cibinə girirlər”

Naxçıvandan iğdırlıların “cibinə girirlər”

Iğdırda – Türkiyənin İran, Ermənistan və Azərbaycanla (Naxçıvan) həmsərhəd kəndlərin sakinləri cib telefonlarının avtomatik olaraq bu ölkələrin GSM şəbəkələrinə bağlanması səbəbindən əməlli-başlı ziyana düşürlər.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda yerli sakinlər və Iğdırın qonaqları deyirlər.

"25 lirə telefon pulu əvəzinə 250 lirə pulum çıxdı" - deyə yerli sakinlərdən biri gileylənir.

Yerli GSM şirkətlkərinin təmsilçiləri isə sakinlərə məsləhət görürlər ki, cib telefonlarının şəbəkə "mod"larını özləri nizamlasınlar.Bu bölgədə qonşu ölkələrin mobil telefon şəbəkələrinin siqnalları daha güclü olduğuna görə İşdır kəndlərinin və oraya biznes məqsədilə, yaxud turist kimi gələnlərin telefonları özbaşına "yurtdışı" olur.Telefonla danışanlar, mesaj atanlar, İnternetə girənlərə ayın sonunda yüksək məbləğdə telefon pulu fakturası gəlir.

Ermənistana bitişik kəndlərdə yaşayanlara isə "Ermənistana xoş gəldiniz" mesajları gəlir.Bu mesaj gələn kimi yerli sakinlər xərcə düşəcəklərindən ehtiyatlanıb daha mobil telefondan istifadə etmirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...