Avropa Qran-prisinə 42 ölkədən bilet alınıb

Avropa Qran-prisinə 42 ölkədən bilet alınıb

"Bilet satışında faəllıq müşahidə olunur. Beş tribunaya bilet satışı başa çatıb. "Abşeron", "Xəzər", "Bulvar" və digər trubunlara biletlərin satışı demək olar ki, yekunlaşıb".

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib.

Həftəsonuna - əsas yarış gününə bilet satışının artdığını bildirən B.Özerdim yarış zamanı tribunaların dolacağına ümid etdiyini söyləyib. Kommersiya şöbəsinin rəhbəri ilk gündə tribunaların boş qalmasına aydınlıq gətirib: "İlk gündə maraq bir az aşağı olur. Bu da iş günü ilə əlaqədardır. İkinci gün tamaşaçı sayında artım müşahidə olunur. Yarışın son günündə isə trubunlar dolu olur. Formula-1 yarışlarında tamaşaçı sayı üç günün cəminə görə hesablanır".

B.Özerdim bildirib ki, bilet satışında yerli sakinlər üstünlük təşkil edir: "Bilet alışının göstəricisi 70 faiz yerli, 30 faiz isə əcnəbi azarkeşlərə məxsusdur. Dünyanın 42 ölkəsindən Avropa Qran Prisinə bilet alınıb. Bu, yaxşı göstəricidir. Xarici ölkələrdən Rusiya, İngiltərə, Hollandiya və digərlərindən bilətlər alınıb. Rusiya qonşu dövlətdir, İngiltərədə isə idmanın bu növü çox sevilir. Son günlər əsasən, yerli azarkeşlərin bilet almasını gözləyirik. Çünki əcnəbilər biletlərini əldə edib və indi Azərbaycandadırlar".("Report")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...