Xalq artistinin oğlu rəis müavini vəzifəsindən ayrıldı

Xalq artistinin oğlu rəis müavini vəzifəsindən ayrıldı
Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edilib.

Gundeminfo.az xəbər verir ki, “sitat.info” bu barədə məlumat əldə edib.

Belə ki, mayor rütbəsi daşıyan Tural Adıgözəlov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini vəzifəsində işləyirmiş.

O öz ərizəsi ilə işdən çıxarılıb və səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...