Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü - Həbs edildi

Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü -

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 265 ünvanında yerləşən "Sarf” adlı restoranın icarədarı ofisiantı döyüb.

Qaynarinfo-nun məlumatına görə, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı xanım ofisantı döyməkdə ittiham edilib.

Belə ki, sahibkar restoranda Samirənin "TikTok” sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisant xanıma əsəbləşib və "sən sabahdan istirahətdəsən” deyib. Hadisənin səhəri gün Samirə gündəlik 20 manat əmək haqqısını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu xanım işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara "haram xoşun olsun” deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar xanım ofisantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.
Bakıda məşhur restoranın rəhbəri xanım ofisantı döydü -

Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...