Evdə müalicə alan xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Evdə müalicə alan xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər
Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini birinci oxunuşda təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Bildirilir ki, qanunlara edilənj təklif qəbul edilərsə apteklər də icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. Təklifə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən apteklər ilə müqavilə bağlanılacaq.
Bundan sonra apteklər ambulator şəraitdə (evdə) istifadə olunan dərman vasitələrini icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülən resept əsasında xəstəyə pulsuz verəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...