Tənzilə Rüstəmxanlının seçki qərargahı təbliğat işinə başladı - FOTOLAR
70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Neftçala üçün birlikdə” devizi altında təbliğat və təşviqat kampaniyasına start verilib.
Bu barədə Bakupost.az -a Tənzilə Rüstəmxanlının Seçki Qərargahından bildirilib.
Qeyd olunub ki, namizədin parlament seçkiləri ilə bağlı Neftçala rayonunda yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb. Seçkilərdə iştirak edəcək səlahiyyətli nümayəndələr, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.
Bu gün isə deputatlığa namizəd T.Rüstəmxanlı şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Neftçala şəhərində Ümummili Lider Heydər Əliyevin abidə kompleksini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra T.Rüstəmxanlının Seçki Qərargahında şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən namizəd onlara Seçki Platforması, seçiləcəyi təqdirdə rayonda görəcəyi işlər barədə məlumat verib.
Görüşə qatılanlar sentyabrın 1-də keçiriləcək seçkilərdə T.Rüstəmxanlıya səs verəcəklirini bildiriblər.
290 dəfə oxundu