Avro-2024-ün son 1/4 final oyunları – Türkiyə Niderlandla qarşılaçacaq

  Avro-2024-ün son 1/4 final oyunları –
Bu gün Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Yeniavaz.com xəbər verir ki, günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında keçiriləcək. Oyun Düsseldorf şəhərinin “Esprit Arena”sında baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə 20:00-da səslənəcək.

Digər matçda Niderland və Türkiyə yığmaları üz-üzə gələcək. Qarşılaçma Berlində yerləşən “Olimpiya” stadionunda baş tutacaq. Qarşılaşmanın Bakı vaxtı ilə 23:00-da başlayacaq.

İngiltərə və İsveçrə yığmalarının oyununu baş hakim Daniele Orsato (İtaliya), Niderland və Türkiyə yığmaları nın oyununu isə baş hakim Klement Turpin (Fransa) idarə edəcək.

Qeyd edək ki, daha əvvəl yarımfinala vəsiqə qazanan İspaniya və Fransa seçmələri bir-birlərinə rəqib olublar. Qaşılaşma iyulun 9-da keçiriləcək və matçın start fiti saat 23:00-da səslənəcək.

Xatırladaq ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...