“Rossneft” Azərbaycandakı aktivlərindən imtina etdi

“Rossneft” Azərbaycandakı aktivlərindən imtina etdi
“Rossneft” şirkəti filiallarının yenilənmiş siyahısına əsasən, Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Yenisabah.az xəbər verir ki, sənəd SOCAR ilə bir sıra HPBS layihələrində iştirak edən "Britaniya-Virciniya GEA Holdings Ltd." arasında əlaqəni istisna edir.

"Rossneft" Abşeron, Binəqədi, Nefteçala və Şirvan yataqlarının işlənməsində iştirak edib.

Şirkət, həmçinin "Kura Valley Holdings Ltd." və 2000-ci illərin sonunda Azərbaycanın Padar-Harami və Mişovdağ-Kəlaməddin bloklarının operatorları kimi adı çəkilən "Karasu Əməliyyat Şirkəti", həmçinin "Karasu Petroleum Company", "Karasu Development Company" strukturlarından çıxarıb.

Beləliklə, “Rossneft”in xarici istehsal aktivləri qalmayıb.

Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə "Rossneft" 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...