Azərbaycanda kitabxana və kitabların sayı 2 dəfə azalıb
Türkiyə Statistika İdarəsi bu ölkədə fəaliyyət göstərən ictimai kitabxanaların (halk kütüphaneleri) sayını və bu kitabxanalardakı kitab fondunu açıqlayıb.
Yeniavaz.com açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlinə Türkiyədə 1 295 ictimai kitabxana mövcud olub. Bu kitabxanalarda olan kitabların sayı isə 24 milyon 204 min 501 ədəd olub.
Türkiyə əhalisinin ümumi sayının bu ilin əvvəlində 85 milyonn 372 min 377 nəfər olduğunu nəzərə alsaq, o zaman Türkiyədə hər 65 min 925 vətəndaşa 1 ictimai kitabxana, hər 4 Türkiyə vətəndaşına isə təxminən 1 kitab düşür.
Məlumat üçün bildirək ki, bu göstərici Azərbaycanla müqayisədə olduqca aşağıdır. Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində Azərbaycanda 2 min 913 ictimai kitabxana mövcud olub. Rəsmi məlumatlara görə, bu kitabxanalarda ümumilikdə 27 milyon 673 min ədəd kitab mövcuddur. Bu ilin əvvəlinə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 10 milyon 181 min nəfər olub. Bu isə o deməkdir ki, Azərbaycanda hər 3 min 495 nəfərə 1 kitabxana, hər 1 nəfərə isə təxminən 3 kitab düşür.
Onu da qeyd edək ki, Azərbaycanda kitabxanaların və kitabların sayı Türkiyə ilə müqayisədə çox olsa da, son illər ərzində sürətlə azalmaqdadır. Müqayisə üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdiyi il – 1991-ci ildə ölkədə 4 min 795 ictimai kitabxana və 45,9 milyon kitab olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 33 ildə kitabxana və kitabların sayı təxminən 2 dəfə azalıb.
386 dəfə oxundu