5 nəfər maşınqarışıq Kür çayına düşdü – 4-ü həlak oldu

5 nəfər maşınqarışıq Kür çayına düşdü –
Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində dəhşətli hadisə baş verib.

Gecə saat 00 radələrində VAZ 2107 markalı avtomobildə olan 5 nəfər maşınqarışıq Kür çayına düşüblər. Avtomobil çaya düşən zaman onlardan biri özünü maşından ataraq xilas ola bilib. Digər 4 nəfər isə maşınla bərabər suya düşərək boğulublar.

Xəbərdə bildirilir ki, həmin şəxslər restorandan qayıdan zaman gecə qaranlığında yolu itiriblər və avtomobil çaya düşüb. Gecə saatlarından başlayan axtarış hələlik heç bir nəticə verməyib. Meyitlərin və avtomobilin axtarışı davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...