BCM prokuroru Netanyahunun həbsini tələb edir

BCM prokuroru Netanyahunun həbsini tələb edir
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan ibtidai istintaq kollegiyasına müraciət edərək, İsrailin Baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb edib.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, bu barədə BCM prokuroru öz bəyanatında bildirib.
Sənəddə qeyd edilib ki, prokurorların toplanmış sübutlar əsasında onların hər ikisinin 8 oktyabr 2023-cü ildən bəri Fələstin ərazisində (Qəzza zolağı) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına inanmaq üçün ciddi əsasları var.
BCM prokuroru həmçinin HƏMAS-ın üç liderinin – hərəkatın Qəzza zolağındakı lideri Yəhya Sinvarın, hərbi qanadının komandiri Məhəmməd əd-Deyfin və Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin həbsinə order verilməsini də tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...