Gömrük Komitəsindən Türkiyəyə buraxılmayan göyərçinlərlə bağlı - Açıqlama

Gömrük Komitəsindən Türkiyəyə buraxılmayan göyərçinlərlə bağlı -


Dövlət Gömrük Komitəsi Türkiyənin məşhur “Yetenek Sizsiniz” müsabiqəsinə qatılan azərbaycanlı sehrbaz Rasim İsgəndərlinin iradlarına aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan vətəndaşı Rasim İsgəndərli yarışmada DGK-nın ünvanına həqiqətə uyğun olmayan məlumatlar səsləndirib.

“Rasim İsgəndərli bu ilin yanvar ayının 8-də Türkiyəyə səyahət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük sərhədini keçən zaman baqaj və ya əl yükündə özünün iddia etdiyi kimi göyərçin quşları olmayıb və Rasim İsgəndərli ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib”.

Komitədən həmçinin bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikanın bütün sərhəd-gömrük keçid məntəqələrində gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilib: “Vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər”.

Xatırladaq ki, R. İsgəndərli proqramda göyərçinlərlə bağlı şou hazırlasa da, onların gömrükdən Türkiyəyə buraxılmadığını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...