“Zalujnı Böyük Britaniyadakı səfir vəzifəsinə razı oldu” – Ali Radanın deputatı

  “Zalujnı Böyük Britaniyadakı səfir vəzifəsinə razı oldu” –
“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Böyük Britaniyadakı səfir postuna keçməyi qəbul edib”.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib.
Deputatın sözlərinə görə, baş komandan yaxın günlərdə vəzifəsindən azad oluna bilər:
“Məndə olan məlumata görə, Zalujnı Böyük Britaniyada səfir postuna razılıq verib, çox güman ki, ora gedəcək və biz bilirik ki, səfir kimi göndərilən insanlar siyasi təqaüdçüdür, heç kim ordan geri qayıdmır. Ukraynada belə bir ənənə var. Ona görə də mən burada Zalujnıya azarkeşlik edənləri məyus edəcəm”.
Bununla yanaşı, deputat qeyd edir ki, Zalujnı Böyük Britaniyaya getməsə, istefasından sonra onun siyasətdə uğur qazanmaq şansı yüksəkdir:
“Əgər o, səfir kimi gedsə, yüz faiz artıq siyasətçi olmayacaq. Əgər getməsə, Ukraynada qalacaq və öz siyasi karyerasını qurmağa başlayacaq. Onun şansları var və onlar kiçik deyil, böyükdür”.
Onun sözlərinə görə, baş komandanın istefasını təxminən fevralın 8-də gözləmək olar.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın RAI telekanalına müsahibəsində ölkənin hərbi rəhbərliyində kadr dəyişikliyi ehtimalını nəzərdən keçirdiyini etiraf edib. Yanvarın 29-da Ukrayna mediasında və sosial şəbəkələrdə Zalujnının istefası ilə bağlı mənbələrə istinadən mesajlar yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...