Taksi sürücüləri nağdsız ödənişləri niyə qəbul etmək istəmir?
Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya edildiyi bir zamanda taksi sürücülərinin çoxu nağd ödənişlərə üstünlük verirlər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.
Taksi sürücüləri bildiriblər ki, ödəniş kartla olduqda bu pulun nağdlaşdırılması bir neçə gün çəkir.
Onlar qeyd ediblər ki, bu vəziyyəti sərfəli hesab etmirlər.
FED.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkəmiz nağd ödənişdən onlayn ödənişə keçmə prosesinin keçid dövrünü yaşayır.
"Bu keçid dövrü ən azı beş il vaxt aparacaq. Sürücülərin nağd ödəniş istəməsinin bir neçə səbəbi var. Ödəməni dəqiq ala bilməməsi, pulunu vaxtında götürə bilməməsi srücülər üçün sərfəli deyil. Bu səbəblərə görə bu işlərin təkmilləşməsinə ehtiyac var. Görülən işlərin daha effektiv alınması üçün bank ödəmələri vaxtında edilməlidir".
Ekspert bildirib ki, sürücü kartla edilən sifarişdən imtina edərsə, müştərinin sifariş götürən taksi şirkətinə şikayət etmək hüququ var.
"Bu, müştərilərin hüquqlarının pozulmasıdır. Bu prosesi yalnız şirkətlərin özü ilə tənzimləmək olar. Ancaq taksi sürücülərinin çoxunun taksi şirkətləri ilə heç əmək müqaviləsi belə yoxdur. Onların öhdəliyi yoxdur deyə belə hallara tez-tez rast gəlinir", - deyə o qeyd edib. (Trend)
350 dəfə oxundu