Mirşahin: “Dəqiq bilirəm ki, Əbülfəz Elçibəy demokrat olmayıb”

Mirşahin: “Dəqiq bilirəm ki, Əbülfəz Elçibəy demokrat olmayıb”
“Dəqiq bilirəm ki, Əbülfəz Elçibəy demokrat olmayıb. Elçibəy bizim kanalımızı ən uzun müddətə bağlayan birinci adam olub. Hansı demokratiyadan söhbət gedir? Heç bir qanuni əsası yox idi. Bizim işimiz tarixi cəmiyyətə düzgün çatdırmaqdır. Hansı qanun, nə qanun? Sadəcə olaraq, kanalımızı bağladılar, efirə buraxmadılar. 1993-cü ilin iyun hadisələrini çəkməyə gedərkən aclıq elan etmişdim. Niyə aclıq elan etmişdim? Çünki bizim efirimiz yox idi. Aclığı Gəncədə dayandırdım, Elmira Əmrahqızının təkidli xahişindən sonra. Biz efirə çıxmaq üçün yox, tarixi çəkmək üçün getmişdik. Bütün bunları çəkirdik, amma efirə vermək imkanımız yox idi...”

Pravda.az xəbər verir ki, bu sözləri “Real TV”nin rəhbəri Mirşahin Ağayev “Müsavat TV”nin efirində deyib.

O bildirib ki, dövlət məmurlarının mətbuatla işi həmişə problemli olub: “İsgəndər Həmidovun adamları maşının baqajına basıb apardığı dövrdə də, studiyanın içinə soxulduğu dövrdə də... Bunların hamısı yadımdadır. O vaxt fərqli idi, bu dəfə fərqlidir. Mənə bəzən deyirlər ki, Vətən müharibəsini çəkmədik, real döyüş kadrları yoxdur... Mən də içimdə bir jurnalist olaraq inciyirəm ki, gərək, çəkərdik. Amma yadıma 1992-ci ili salıram. Hər bir hədəf özündən əvvəlki səbəblərə bəraət qazanır. Birinci Qarabağ müharibəsində çoxlu döyüş kadrlarımız var idi, amma əvəzində Qarabağımız yox idi. İkinci Qarabağ müharibəsində döyüş kadrlarımız yoxdur, amma əvəzində Qarabağımız var. Deməli, informasiya, ideoloji siyasət düzgün qurulmuşdu. Bəlkə, bizim orada olmamağımız elə Qarabağın alınmasına kömək etdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...